Füzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşüb

Füzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşüb - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Şükürbəyli kəndində səyyar-qəbul görüşü keçirilmişdir.

Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarınn, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Faktinfo.az xəbər verir ki,səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçiriləcəyini bildirib.

O, prezident  İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Alı Alıyev bildirib ki, 1000-dən artıq əhalinin yaşadığı Şükürbəyli kəndində işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1550 nəfərə hər ay 93000 manat vahid aylıq müavinət ödənilir, 4 ailəyə ünvanlı sosial yardım təyin edilib, 2 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Şükürbəyli kəndində 11 şəhid ailəsi, 7 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 99 nəfər yaşa görə, 64 nəfər əlilliyiə görə, 13 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinətlər alırlar. Kənd sakinlərindən 200 nəfərə yaxını müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 421 nəfər fərdi əməklə məşğul olur.  

Şükürbəyli kəndində məktəb, kitabxana, bağça, poçt, icra nümayəndəliyi, bələdiyyə və s.infrastruktur obyektləri fəaliyyət göstərir. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin  həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.

Kənd sakinlərinin istifadə etdikləri 20 ha torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün suvarma arxının fəaliyyətinin bərpa olunması və 1 ədəd subartezian quyusunun qazılması barədə müraciətləri nəzarətə götürülüb.Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib. 

Füzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşübFüzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşübFüzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşübFüzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşübFüzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşübFüzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşübFüzuli RİH başçısı Şükürbəyli kəndində vətəndaşlarla görüşüb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi