Füzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdib

Füzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdib - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə məcburi köçkün ailələrinin məskunlaşdıqları Birinci Zobucuq qəsəbəsində səyyar-qəbul görüşü keçirilmişdir.

Faktinfo.az xəbər verir ki,görüşdə rayonun idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçiriləcəyini bildirib.

Alı Alıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Alı Alıyev bildirib ki, 1554 nəfər əhalinin yaşadığı Birinci Zobucuq qəsəbəsinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1455 nəfərə hər ay 873000 manat vahid aylıq müavinət ödənilir, 11 ailəyə ünvanlı sosial yardım təyin edilib, 12 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Birinci Zobucuq qəsəbəsində 11 şəhid ailəsi, 9 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 104 nəfər yaşa görə, 18 nəfər əlilliyiə görə, 4 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət verilir. Qəsəbə sakinlərindən 234 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 182 fərdi əməklə məşğul olur.

Qəsəbədə məktəb, mədəniyyət evi, kitabxana, bağça, xəstəxana, poçt, JEK, icra nümayəndəliyi və s fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Füzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdibFüzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdibFüzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdibFüzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdibFüzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdibFüzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdibFüzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdibFüzuli RİH başçısı vətəndaşlarla növbəti görüşünü Birinci Zobucuq qəsəbəsində keçirdib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi