Füzulidə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Füzulidə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd olunub - FOTOLAR

Horadiz şəhərində 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Faktinfo.az xəbər verir ki,Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin  abidəsini ziyarət ediblər, önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə ilə tanış olublar. Tədbir iştirakçılarına dahi rəhbərin keçdiyi şərəfli ömür yolu barədə ətraflı məlumat verilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən prokurorluq orqanlarının fəaliyyəti təkmilləşdirilib, ədalət prinsipi təmin olunub. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan prokurorluğu inkişafının növbəti mərhələsinə qədəm qoyub.

Rayon prokuroru Elnur Rüstəmov, Polis şöbəsinin rəisi Zaur Abbasov, DTX Rayon şöbəsinin rəisi Nəvai Hüseynov və digərləri çıxışlarında ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.


Füzulidə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd olunubFüzulidə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd olunubFüzulidə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd olunubFüzulidə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd olunubFüzulidə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd olunubFüzulidə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi