Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-

Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib- - FOTOLAR

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində rayon ərazisində süni qiymət artımına qarşı nəzarət tədbirlərinin gücləndirilməsi, istehlak bazarına nəzarətin artırılmasına həsr olunan müşavirə keçirilib.

Faktinfo.az xəbər verir ki,müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilatların nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri, iş adamları və ictimaiyyət nümayındələri iştirak ediblər.

Müşavirə başlamazdan əvvəl torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edildi.

 Müşavirədə çıxış edən Alı Alıyev Covid-19 pandemiyası ilə əlaqədar ölkələr arasında sərhədlərin bağlanması, Rusiya və Ukrayna arasında baş verən müharibə, o cümlədən dünyada baş verən iqtisadi proseslərin Azərbaycandan da yan keçmədiyini, idxal-ixrac əməliyyatlarında yaranan problemlərin ölkəyə xaricdən idxal olunan bəzi ərzaq və digər məhsulların qiymətlərinin artmasına təsir etdiyini bildirdi. Alı Alıyev qeyd etdi ki, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən dövlət qrumları ölkədə istehsal olunan və əhalinin ərzaq səbətinə daxil olan məhsulların qiymətlərinin sabit saxlanılmasına, yerli istehsalın artırılmasına çalmalıdırlar.

Alı Alıyev bildirdi ki, Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə  rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə ciddi nəzarət edilir.

Müşavirədə rayon vergilər şöbəsinin rəisi Aqil Atakişi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin nümayəndəsi Məqsəd Babayev, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Şirvan Atakişiyev, sahibkar Təyyar Cəfərov,Allahverdi Rüstəmov və digərləri çıxış etdilər.

Alı Alıyev rayonda istehlak bazarında süni qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektlərinin sahiblərinə xəbərdarlıq edərək bildirdi ki, yuxarıda göstərilən qanunsuzluqlara yol verənlər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcəkdir   

Alı Alıyev vətəndaşlara süni qiymət artımı ilə bağlı vətəndaşlıq mövqeyindən çıxış edərək ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xət”də və aidiyyəti qurumlara məlumat vermələrini xahiş etdi.

Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-Füzulidə süni qiymət artımına nəzarətin gücləndirilməsinə həsr olunan müşavirə keçirilib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi