Füzulidə Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Füzulidə Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Füzuli rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Faktinfo.az xəbər verir ki,Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli MRX-nin təşkilatçılığı ilə keçirilən tədbir  Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində reallaşıb.

Əvvəlcə RİH-nin başçısı Alı Alıyev bir qrup həkimlə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Zərifə xanım Əliyevanın fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirilib.

Tədbir başlamazdan əvvəl  Zərifə xanım Əliyevanın, Ulu Öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərimizin əziz xatirələri  bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Alı Alıyev Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən söz açmaqla yanaşı, onun Ulu Öndər Heydər Əliyevin ömür- gün yoldaşı olaraq, Prezident İlham Əliyevin anası olaraq Azərbaycan xalqı üçün unudulmaz və çox dəyərli şəxsiyyət olduğunu diqqətə çatdırdı.

Digər çıxışçılar da çıxışları zamanı Zərifə xanım Əliyevanın yüksək insani keyfiyyətlərindən, oftalmologiya elminə gətirdiyi yeniliklərdən, əsil Azərbaycan xanımına xas olan mənəvi üstünlüklərindən bəhs etdilər.

 Daha sonra Zərifə xanım Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Sonda rayon mədəniyyət evinin hazırladığı konsert proqramı təqdim olundu.

Füzulidə Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilibFüzulidə Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilibFüzulidə Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilibFüzulidə Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi