GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur - FOTO

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti TNC25 beynəlxalq konfransı çərçivəsində GEANT Assosiasiyasının Böyük Britaniyanın Kembric şəhərində yerləşən ofisində olmuşdur. 

Faktinfo.az xəbər verir ki,nümayəndə heyətininin tərkibinə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun baş mütəxəssisi Könül Əliyeva daxil idilər.

Əsas məqsəd GEANT Assosiasiyasının texniki infrastrukturu, idarəetmə modeli və innovativ xidmətləri ilə daha yaxından tanış olmaq, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarət idi.

Görüş çərçivəsində akademik Rasim Əliquliyev və EaPConnect layihəsinin meneceri İrina Matthews arasında Azərbaycan elm və təhsil şəbəkə infratrukturunun Avropanın akademik məkanına inteqrasiyasını sürətləndirilməsi, eləcə də GEANT ilə AzScienceNet arasında strateji əməkdaşlığın davam etdirilməsinə dair müzakirələr aparılmışdır.

Daha sonra nümayəndə heyəti GEANT-ın Data Mərkəzi və Şəbəkə İdarəetmə Mərkəzinin fəaliyyəti ilə əyani tanış olmuş, şəbəkənin etibarlılığını, davamlılığını və kibertəhlükəsizlik səviyyəsini təmin edən texnoloji platformalarla bağlı ətraflı məlumat əldə etmişdir. Eyni zamanda, böyükhəcmli verilənlərin intellektual analizi, süni intellektin tətbiqi və idarəetmə sistemləri üzrə qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əldə olunan razılaşmaların gələcəkdə GEANT ilə birgə layihələrin həyata keçirilməsi, Horizon Avropa proqramlarında iştirak, eləcə də Süni İntellekt üzrə Xüsusi Qrupa institut alimlərinin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.

Faktinfo.az

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdurGEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdurGEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdurGEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdurGEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi