Gələn həftə Reznikovu Umarovun əvəzləməsi gözlənilir

Gələn həftə Reznikovu Umarovun əvəzləməsi gözlənilir 

Gələn həftə Ukrayna hökumətində kadr dəyişiklikləri gözlənilir.

Ukrayna mətbuatı hakimiyyətdəki mənbələrə istinadla ölkənin Müdafiə Nazirliyinə və Mədəniyyət və informasiya siyasəti nazirliyinə yeni rəhbərlərin təyin ediləcəyini yazıb.

Xəbərdə qeyd olunur ki, Müdafiə naziri Aleksey Reznikovun istefaya göndərilməsi və onun yerinə Əmlak Fondunun rəhbəri Rüstəm Umarovun təyin edilməsi artıq həll olunmuş məsələdir.

Mədəniyyət naziri postuna isə Yuliya Fediv təyin olunacaq. O, bu vəzifədə Radanın iyul ayında istefaya göndərdiyi Aleksandr Tkaçenkonu əvəz edəcək. Həmçinin, bildirilir ki, Əmlak Fonduna və Ant-inhisar komitəsinə də yeni təyinatlar olacaq. Məlumatda qeyd olunur ki, Yuliya Fedivin nazir təyinatından sonra Ukrayna tarixində ilk dəfə hökumət üzvlərinin təxminən üçdə biri qadınlar olacaq./Azpolitika.info

Faktinfo.az mətbuatda gedən məlumatlara əsasən xatırladır ki, Rüstəm Umarov  Aleksey Reznikov kimi hərbçi deyil. İxtisasca maliyyəçi olan Umarov dövlət vəzifəsinə keçənə qədər bacarıqlı iş adamı və xeyriyyəçi kimi tanınıb. 1982-ci ildə Səmərqənddə anadan olan gələcək nazir əslən Krım tatarıdır və onun ailəsi 1944–cü ildə Krımın Aluşta şəhərindən Özbəkistana sürgün edilənlər arasında olub. Umarovun ailəsi yalnız 1980-ci illərin ortalarında Krıma qayıda bilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi