Gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub

Gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub 

Jurnalist, publisist, şair Əyyub Məmmədovun “Dəniz boyda sevgim” adlı şeiri Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən məşhur “Kardelen” dərgisinin 105-ci sayında çap olunub.

http://www.kardelendergisi.com/yazi.php?yazi=2972

Faktinfo.az xəbər verir ki,adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində türk xalqlarının şair və yazıçılarının qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Kardelen” dərgisi “Fikrin dəyərini bilənlərə...” devizi ilə üç aydan bir nəşr olunur.

Jurnalist, şair Əyyub Məmmədovun adı çəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.


Dəniz boyda sevgim...


Gəlmişəm yenə də dəniz seyrinə, 

Qəmli fikirlərlə həsrət ötürüm. 

Baxıram dənizin ucqar yerinə

 Deyirəm təəssüf mənim sevgimə.


Bir vaxtlar dənizi birlikdə sevdik 

Gəlib kənarında, qışı yay etdik.

 İndi bu yerlərə yalnız gəlirəm 

Çılğın dalğalarla köks ötürürəm.


Gələrdik dənizə görüşmək üçün

 Qol-boyun olub, sarılmaq üçün.

 İndi tək-tək gedirik, düşünmək üçün

 Oturub kənarda ağlamaq üçün


Dəniz boyda sevgim, deyərdin mənə 

Mən də can deyib, baxardım sənə

 İndi bu sularda üzün görünür,

 Böyük ləpələrdə səsin duyulur.

Gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi