General Zelenskini tənqid etdi: Zalujnı kimisi tapılmaz!

General Zelenskini tənqid etdi: Zalujnı kimisi tapılmaz! 

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Sergey Krivonos Prezident Vladimir Zelenskinin SQ-nin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək istəyini tənqid edib.

O, V.Zelenskinin qərar verməkdə məsuliyyətli davranmadığını vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində kadrların yenilənməsi mümkün deyil, çünki Zalujnı kimi təcrübəli insanları Ukraynada tapmaq çətindir.

Qeyd edək ki, Zelenski Ukraynada təkcə hərbi sahədə deyil, bütün idarəetmə strukturunda dəyişikliyə ehtiyac olduğunu söyləmişdi./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi