Geomaqnit qasırğa gözlənilir-

Geomaqnit qasırğa gözlənilir- Şamaxı rəsədxanasından açıqlama

Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.

Trend.az-a Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 – 325 km/san intervalında olub. Ümumi maqnit sahəsi 1-5 nT intervalında olub.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.

Növbəti bir neçə gün üçün (09 – 11 iyul) Günəş fəallığının çox aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. Günəş küləyi parametrlərinin isə güclənəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə (09 – 11 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 9 iyulda 10%-dən, 10 iyulda 15%-dən, 11 iyulda isə yenidən 10%-dən aşağı qiymətləndirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi