Göyçayda intihar – 3 uşaq anası sirkə turşusu içdi

Göyçayda intihar – 3 uşaq anası sirkə turşusu içdi 

Göyçay rayonunda 29 yaşlı qız intihara cəhd edib.

Trend.az-ın məlumatına görə, hadisə rayonun Alxasova kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fəxrəndə Fərhad qızı sirkə turşusu içib.

Yaralı təcili Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda F.Allahverdiyevanın vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, F.Allahverdiyeva ailəlidir, 3 uşaq anasıdır.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi