Göygöldə 84 yaşlı qadını itlər parçalayaraq öldürdü

Göygöldə 84 yaşlı qadını itlər parçalayaraq öldürdü 

Göygöl rayonunda yaşlı qadın itlərin hücumuna məruz qalıb.

Hadisə rayonun Xasabağı qəsəbəsində qeydə alınıb.

 Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.

 Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub./APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi