
Gözləntilər özünü doğruldacaqmı, AMEA Rəyasət Heyəti hansı qərarı verəcək? -YENİLƏNİB
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai elmlər bölməsində toplantının keçirilməsinə dair məlumat yayılıb.Bir sıra saytlar qeyd edir ki,iclas gözləntilərin əskinə olaraq,olduqca gərgin atmosferdə keçib.
"Azpolitika.info"-nun məlumatında bildirilir ki,İctimai elmlər bölümündə Akademiyanın keçmiş Prezidenti Ramiz Mehdiyevin AMEA-dən qovulması məsələsinin 25.02.2026-cı il tarixində keçiriləcək ümumi yığıncağın gündəliyinə təklif edilib-edilməyəcəyilə bağlı gərginlik yaşanıb.Bu barədə hansı qərarın verilməsi hələ ki,məlum deyil.Bu məsələ qapalı saxlanılıb.
Faktinfo.az xəbər verir ki,bu arada kimliyi anonim olan elektron poçt üzərindən bir sıra saytlara məlumat göndərilib.Xəbərdə bildirilir ki,Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrına tələsik vəzifə verib və iclas iştirakçılarına bu məlumatın gizli saxlanılmasını və mətbuata yayılmamasını da tapşırıb.Detallı şəkildə təfərrüata varmırıq,çünkü məlumat hansısa bir şəxsi istəkdən və ya qərəzdən qaynaqlana bilər.
Lakin heç kimə sirr deyil ki,Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olduğu illərdə bir çox sahələrdə olduğu kimi,AMEA üzərində də ciddi nəzarətə sahib olub.Bəlkə də daha çox öz kadrlarını Azərbaycan Milli Elmlər Akademiyasına yerləşdirib və AMEA prezidenti olduğu illərdə bu istiqamətdə qarşıya qoyduğu məqsədini biraz da genişləndirib.O cümlədən xüsusi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai elmlər bölməsində.Bu ardıcıllıqdan AMEA İctimai elmlər bölməsində aparıcı şəxslərin Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunması məsələsinin Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılmasına indiyə qədər səssiz qalmaları,çalışdıqları qədər müqavimət göstərmələri başa düşüləndir.Bu mənada yerli medianın yaydığı məlumatda İctimai elmlər bölümündə Akademiyanın keçmiş Prezidenti Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunması məsələsi ilə bağlı müzakirə mövzusunda təklifə dair gərginliyin yaşanması xəbəri daha real görünür.
Həmçinin AMEA-nın hazırkı prezidenti İsa Həbibbəylinin Prezident Administrasiyasının keçmiş rəhbəri,bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunması məsələsinə ancaq o halda münasibət bildirib ki,bu mövzuda saytlar yazıb və yaxud İsa Həbibbəyliyə bununla bağlı davamlı suallar ünvanlanıb.Yəni heç bir halda təşəbbüs şəxsin özündən gəlməyib,həmçinin bugünkü günə qədər AMEA-dan Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən bir neçə şəxs kənarlaşdırılmayıb.Əksnə iddialara görə,Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən şəxslər AMEA-da vəzifələrə irəli çəkilib.Baxmayaraq ki,içi Ramiz Mehdiyev daxil olmaqla bu şəxslər Azərbaycan və dünya elminə töhfə verməyiblər,illərlə bir-birinə mədhiyyə söyləməkdən,iclaslarda qəzet oxuyub,mürgü vurmaqdan başqa iş görməyiblər.O cümlədən bir sıra təsadüfi şəxslər hətta akademik adına sahiblənə biliblər.
Hərçənd,İsa Həbibbəylinin də AMEA prezidenti olduqdan sonra hələ ki, "gözəgəlimli işi" özünə birdən-birə dörd müşavir təyin etməsi ilə yadda qalıb.Onun bu təyinatları sovetlərdən qalma lazımsız və səmərəsi olmayan yanaşma kimi söz-söhbətə səbəb olub.Ramiz Mehdiyevin elminə gəlincə onunla bağlı da qeyri-müəyyənlik mövcuddur.
Məsələn,jurnalist, Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev sosial şəbəkə hesabında yazıb:
"Ramiz Mehdiyevin işində məni ən çox əzən, yandıran, incidən bu cür savadsız və primitiv şəxsin dövlətin ali rəhbərliyində təmsil olunması deyil.Bəzən dünyada, Azərbaycanda isə tez-tez savadsız və səviyyəsiz adamları yüksək dövlət vəzifələrində görürük. 5 kitab oxumayıblar, amma 150 kitab oğurlayıblar. Məni ən çox yandıran Mehdiyevin akademik kürsüsünə ucaldılması idi…"
Eynulla Fətullayev AMEA prezidenti İsa Həbibbəylidən də söz açaraq,onu R.Mehdiyevin "sənət əsəri" adlandırıb.
Göründüyü kimi,elmin nəşi üzərində imkan düşəndə bir-birinə qarşı hələ də mədhiyyələşmə siyasəti yürütməyi yaxşı bacaran akademşəbəkənin sabah Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunması məsələsinə yekdilliklə razı olacaqları və ya bu "izdivaca" son verəcəkləri müəmma olaraq qalır.
Faktinfo.az
Qeyd: Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunmasına yalnız ona hökm oxunduqdan sonra baxılacaq və qərar veriləcək.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib.Deməli,DTX-nin ən ağır maddələrlə ittiham etdiyi Ramiz Mehdiyev AMEA İctimai elmlər bölməsi və ona yaxınlığı ilə seçilən akademşəbəkənin sayəsində "elmi adını" qorumağa,akademik təqaüdü almağa davam edəcək.Belə anlaşılır,AMEA prezidenti İsa Həbibbəylinin açıqlamalarında qeyd etdiyi müddətlərdə Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi baş tutmadı.Yenə vaxt uzadıb,imitasiya ilə məşğul oldular.
Təəssüf ki,Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasından bir gün əvvəl yuxarıda yazdığımız qeydlər özünü doğrultdu. AMEA İctimai elmlər bölməsi və akademşəbəkə necə istəyirdilərsə elə də oldu. Ay bərəkallah, İsa Həbibbəyli! Nə gözəl canlarıq...heç olmasa verdiyiniz açıqlamaları bir daha oxuyun.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın