Gündə 2 erməni əsgəri öldürsəydik... - Deputat

Gündə 2 erməni əsgəri öldürsəydik... - Deputat 

Milli Məclisdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi barədə müraciət hazırlanmalı, ATƏT-in vasitəçiliyinə son verilməsi, Ermənistanla danışıqların dayandırılması, Bişkek protokolunun qüvvədən düşməsi barədə məsələ müzakirə olunmalıdır.

Deputat Fərəc Quliyev bu fikirləri Milli Məclisin plenar iclasındakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, son vaxtlar Ermənistanın apardığı siyasət onu göstərir ki, danışıqları davam etdirməyin heç bir mənası yoxdur:

“Bundan sonra danışmalı bir şey qalmayıb. BMT-nin müvafiq bəndlərinə əsaslanaraq torpaqların azadlığına başlamalıyıq. İşğaldakı ərazilərimizdə 155 mədən istismar olunur. Hesablamalara görə, ermənilər təkcə bir mədəndən 11 ton qızıl aparıblar. Biz susduqca ermənilər bizim ərazilərimizə yollar çəkirlər, insanları məskunlaşdırırlar. Ona görə də işğalçıya bir gün də olsun dinclik verməməliyik. Düşmən hətta bizim təyyarəyə, Füzuli tərəfdən atəş açır. Biz ermənilərin çəkdiyi yolları, istismar etdiyi mədənləri darmadağın etməliyik. Biz gündə 2 erməni əsgəri öldürsəydik, 17 min erməni öldürmüşdük. Savaş qaçılmazdır. Biz savaşmalıyıq! Cənab Prezidentin də ortaya qoyduğu qəti mövqe var. O bildirir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Biz bu məsələni ciddi şəkildə müzakirə edib, prezidentə dəstək verməliyik!”/Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi