Gürcü müxalifəti etirazlara başlayır: Saakaşviliyə dəstək...

Gürcü müxalifəti etirazlara başlayır: Saakaşviliyə dəstək... 

Gürcüstanın müxalif Vahid Milli Hərəkət Partiyası həbsdə olan eks-prezident Mixail Saakaşviliyə dəstək məqsədilə aksiyaların bərpa olunduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə partiya rəhbəri Nika Meliya deyib.

“Gürcüstanın müxtəlif şəhərlərində müxtəlif formalarda etiraz aksiyaları planlaşdırırıq. Saakaşviliyə qarşı tarixi ədalətsizliyə son qoyulmalı olduğuna inanan hər kəsi 5 martda Rustaveli prospektində gözləyirik”, - deyə N.Meliya bildirib.

Onun sözlərinə görə, yeni etiraz dalğasının əsas tələbi Saakaşvilinin mülki klinikaya köçürülməsi ilə bağlı olacaq.

Qeyd edək ki, gürcü müxalifətinin sonuncu aksiyası dekabr ayında keçirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi