Gürcüstanda fövqəladə vəziyyət rejimi aradan qalxsa da...

Gürcüstanda fövqəladə vəziyyət rejimi aradan qalxsa da... 

Bu gündən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejiminin müddəti başa çatıb.

Buna baxmayaraq, bir sıra məhdudiyyət və qadağalar qüvvədə saxlanılacaq.

Qonşu ölkədə restoran, kafe və barlarda yerində xidmət, mehmanxanalar, iri ticarət mərkəzləri, geyim və ayaqqabı mağazaları, idman və mədəniyyət obyektlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər davam edəcək. İctimai nəqliyyatın işi bərpa olunmayacaq, toy və digər bu kimi izdihamlı tədbirlərə icazə verilməyəcək.

Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir.

Həmçinin,Gürcüstan hökuməti iyulun 15-dək müəyyən məhdudiyyətləri ölkədə fövqəladə vəziyyət elan etmədən tətbiq etmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, qonşu ölkədə martın 21-də aprelin 21-dək elan edilən fövqəladə vəziyyətin müddəti ilk öncə mayın 10-dək, sonra isə mayın 22-dək uzadılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi