Gürcüstanda koronavirus :daha 3 nəfər yoluxub

Gürcüstanda koronavirus :daha 3 nəfər yoluxub 

Gürcüstanda son sutkada koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 182-yə çatıb. Onların 962-si sağalıb, 17-si isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 7 007, tibbi nəzarətdə isə 280 nəfər saxlanılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi