Gürcüstanda koronavirusa 5 nəfər yoluxub

Gürcüstanda koronavirusa 5 nəfər yoluxub 

Gürcüstanda son sutka ərzində koronavirusa 5 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 893-ə çatıb. Onların 731-i müalicə olunaraq sağalıb, 14-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 710, stasionar nəzarətdə isə 267 nəfər saxlanılır/Report.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi