Gürcüstanda siyasi böhran dərinləşir-

Gürcüstanda siyasi böhran dərinləşir- Müxalif deputatlar mandatlarından imtina etdi

Gürcüstanda parlament seçkilərində deputat mandatları əldə edən müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina ediblər.

Bununla bağlı siyasi təşkilatlar birgə bəyanat imzalayıblar.

Sənəddə bildirilib ki, müxalifət seçkiləri legitim hesab etmir.

Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir.

Bəyanata “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku, “Avropalı Gürcüstan”, “Lelo”, “Aqmaşenebeli strategiyası”, “Vətənpərvərlər Alyansı”, “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Leyboristlər Partiyası imza atıb/Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi