Gürcüstandakı kütləvi dava ilə bağlı DİN-dən açıqlama

Gürcüstandakı kütləvi dava ilə bağlı DİN-dən açıqlama 

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə qarşı tərəfləri polisin qanuni tələblərinə əməl etməyə çağırıb.

Qurum bununla bağlı rəsmi açıqlama yayıb.


DİN tərəfləri mübahisənin süni şəkildə etniklərarası qarşıdurmaya çevrilməməsi üçün sakitliyə çağırıb.


Bildirilib ki, qarşıdurmaların təkrarlanmasının qarşısını almaq üçün polis əməkdaşları Dmanisiyə səfərbər olunub və ictimai asayiş qorunur.


“Dmanisidəki vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırırıq. Polis mandatı çərçivəsində hərəkət edəcək və istənilən qanun pozuntusuna müvafiq reaksiya verəcək” – məlumatda qeyd olunub./Bakupost.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər