Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 2% azalıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 2% azalıb –Statistika Xidməti

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 932 777 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır.

11 aylıq ticarət dövriyyəsinin 444,618 milyon dollarlıq hissəsi Azərbaycana ixracın, 488,159 milyon dollarlıq hissəsi isə Azərbaycandan idxalın payına düşüb. Son 1 ildə 2,2% artıb, idxal isə 4,9% azalıb. (Report)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi