“Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 60%-i Azərbaycanın payına düşür”

“Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 60%-i Azərbaycanın payına düşür” –Nazir

“Gürcüstanın tədarük etdiyi elektrik enerjisinin 60 faizi Azərbaycanın payına düşür”.

Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” verilişində bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin 40%-i isə Rusiya və Türkiyə daxil olmaqla digər tədarükçülərdən idxal olunur.

Nazir Gürcüstanın elektrik enerjisi bazarının açıq və rəqabətli olduğunu deyib.

N.Turnava elektrik enerjisi tariflərində artımın gözlənilmədiyini də bildirib.

Qeyd edək ki, qonşu ölkə bu ilin yanvar-noyabr aylarında 1415,98 milyon kilovatt/saat elektrik enerjisi idxal edib. Bu həcmin 904,006 milyonkilovatt/saatı və ya 63,84%-i Azərbaycandan daxil olub. (report)




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi