“Haber Global” Xankəndi yolundakı etirazlarla bağlı süjet hazırladı

“Haber Global” Xankəndi yolundakı etirazlarla bağlı süjet hazırladı - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Türkiyənin nüfuzlu “Haber Global” kanalı da ilk günlərdən bu etirazları izləyir və ictimaiyyətə çatdırır.

Bölgəyə ezam olunmuş türkiyəli müxbir Murat Karataş azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyasının altıncı günündə ərazidəki vəziyyətlə bağlı məlumatı təqdim edib.

Ətraflı süjetdə:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi