Hacı Məhərrəm kimdir?-

Hacı Məhərrəm kimdir?- Əvvəl kürəkəni,indi də həyat yoldaşı...

Fotoda gördüyünüz şəxs tanınmış tikinti maqnatı, Masazırdakı "Qurtuluş-93" yaşayış kompleksinin, Novxanıdakı "My Beach" istirahət mərkəzlərinin sahibi Hacı Məhərrəmdir.

Yay aylarında Masazır və Novxanı yollarında avtomobil idarə edənlər həddən artıq ehtiyatlı olsunlar. Çünki Hacının ailə üzvləri söz veriblər ki, idarə etdikləri bahalı avtomobillərilə kimi gördülər üstündən keçəcəklər. Dediklərini də edirlər. Son bir ay ərzində baş verənlər bunu deməyə əsas verir.

 

Dünən , 90-HN-009 dövlət nişanlı ““Mercedes Galandewagen” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil Masazırdakı duz gölünün yanında  “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb. Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

 

Bundan bir neçə gün əvvəl Novxanı qəsəbəsində dörd nəfərin ölümünə səbəb olan qəza baş vermişdi. Belə ki, Hacı Məhərrəmin  kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi "Range Rover" (dövlət nömrəsi 10 CO 002) yüksək sürətlə "Daewoo Damas"a çırpılmışdı. Avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov yerindəcə ölmüşdü. Daxili İşlər Nazirliyindən Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə olduğu bildirilmişdi.

 

Hacı Məhərrəmin ailəsində bahalı avtomobil idarə edənlərin sayı bu iki nəfərlə bitmir. Ona görə də ehtiyatlı olmağımız vacibdir, yoxsa üstümüzdən keçərlər...

 Məhəmmədəli Qəribli

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi