Haftara ağır zərbə: Xeyli hərbçisini itirdi

Haftara ağır zərbə: Xeyli hərbçisini itirdi 

Qiyamçı general Xəlifə Haftara bağlı ordu Liviya Milli Sülh Hökumətinin hərbi qüvvələri ilə qarşıdurmada 25 hərbçisini itirib.

Bu barədə Haftar ordusuna qarşı başlayan əməliyyatlara başçılıq edən qüvvələrin sözçüsü Mustafa əl-Məcəyi açıqlama verib.

O, Haftar qüvvələrinin paytaxt Tripoli yaxınlığında yerləşən Hallatat bölgəsində ağır zərbə aldığını, 25 hərbçisini itirdiyini bildirib.

Məcəyi qiyamçı ordunun mövqelərinə qarşı artilleriya zərbələrinin davam etdirildiyini deyib. O, əsir alınan hərbçilərin sayı barədə açıqlama verməyib.

Əlavə edək ki, sülh hökuməti bundan əvvəl yaydığı bəyanatda Haftarla danışıqların dayandırıldığını açıqlamışdı./Teleqraf.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi