Haftarın 102 əsgəri girov götürüldü: Gərgin döyüş gedir

Haftarın 102 əsgəri girov götürüldü: Gərgin döyüş gedir 

Liviyada Milli Razılıq Hökumətinə aid qüvvələr paytaxt Tripolinin cənubunda Tarhuna şəhərini qiyamçı Xəlifə Haftardan geri almaq üçün əməliyyata başlayıb.

Bu barədə hökumətə bağlı “Qəzəb vulkanı” əməliyyatı qərargahı məlumat yayıb.

Bildirilir ki, 7 cəbhədən başladılan əməliyyata pilotsuz uçan aparatlar da (PUA) dəstək verib.

Məlumata görə, əməliyyat çərçivəsində Haftar ordusunun əlindəki “Havatim” hərbi düşərgəsindəki 12 muzdlu əsgər və ağır silahlarla təchiz olunmuş 5 avtomobil ələ keçirilib.

***

Liviyada Milli Razılıq Hökuməti tərəfindən Tarhuna şəhərini geri almaq üçün başladılan əməliyyat çərçivəsində Haftarın 102 muzdlu əsgəri girov götürülüb.

Bu barədə hökumətə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının rəsmi Feysbuk səhifəsində bildirilib.

Məlumata görə, əməliyyat çərçivəsində hökumət ordusu 1 “Hovitzer” topu, 4 tank, 4 hərbi avtomobil və 1 minaatan silah ələ keçirilib.

Milli Razılıq Hökumətinin sözçüsü Məhəmməd Kununu isə Hərbi Hava Qüvvələrinə aid qırıcıların Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) aid zirehli texnikanı vurduğunu bildirib.

Qeyd edək ki, hökumət qüvvələri artıq şəhər mərkəzinə qədər irəliləyib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi