Havanın temperaturu aşağı düşəcək, intensiv yağış yağacaq -

Havanın temperaturu aşağı düşəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Bu barədə Report.az-a Milli Hidrometeorolgiya Xidmətindən məlumat verilib.

Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 18-i səhər şimal və qərb rayonlarından başlayaraq 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi