Həyatını itirən Fərid Bakarovun xalası: "Məşqçinin qanında narkotik tapıblar"

Həyatını itirən Fərid Bakarovun xalası: "Məşqçinin qanında narkotik tapıblar" - VİDEO

“Uşaq yıxılsa, bir tərəfi göyərərdi. Onun bütün bədəni gömgöy olub”.

Bu sözləri Baku TV-nin “Arzunun vaxtı” verilişində aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası deyib.

 

O bildirib ki, oğluna məşq zamanı şiddət göstərən və ölümünə səbəb olan Mehman Xəlilov ən ağır cəza almalıdır: “O adam həbsxanada çürüməlidir”.

 

Mərhum azyaşlının xalası isə Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib:

“Onun qanında narkotik tapıblar. Bunu hamı bilirmiş. Həmin məşqçi başqa uşaqlara da işgəncə verirmiş”.

 

Həmçinin qeyd edilib ki, anası hələ Fəridin döyüldüyü videonu görməyib.

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi