Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi sökülərək satılıb

Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi sökülərək satılıb 

ADAU haqqında qısa məlumat: Hazırda ADAU Zaqafqaziyada da yeganə kənd təsərrüfatı mütəxəssisi yetişdirən təhsil ocağıdır.

Nəzərə alsaqki, hazırda dövlət Proqramı çərçivəsində qeyri neft sektorunun ən mühüm sahəsi, hətta özəyi olan olan kənd təsərrüfatının inkişafı üçün mütəxəssis yetirən yeganə ali təhsil ocağı olan ADAU-nun maddi texniki bazasının zənginliyi böyük ə əhəmiyyət kəsb edir. Elə bu baxımdanda bir neçə il öncədən ADAU-da tələbə şəhərciyi, fermalar, laborotoriyalar, təcrübə üçün xüsusi ərazilər tikilib , quraşdırılıb istifadəyə veridi. Bəs sonra nə, nələr baş verdi?

Həmin zamanlarda yəni, ADAU-da İbrahim Cəfərovun rektor olduğu dövrdə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə İzrail hökuməti ilə dirgə suvarma sistemi quraşdırıldı. İstifadəyə verilən bu sistem əsas sahələrdən birinə, su, meliorasiya ixtisası üzrə təhsil alan tələbələrin təcrübə məqsədi  üçün  quraşdırıldı. Burada təbii ki, Heydər Əliyev Fonduna , şəxsən Fondun Prezidenti Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk.

Amma , hazırda əfsuslar olsun ki, yaxın bir neçə vaxt olarki, əldə etdiyimiz məlumatlardan bəlli oldu ki, həmin sistem ləğv olunub.

 Belə ki, 06.09.2022-ci ildə sabiq rektor İbrahim Cəfərovdan sonra rektor əvəzi olaraq adı gedən universitetə Bakıdan Zəfər Qurbanov transfer edildi. Sonra, yəni 23 avqust 2023 cü ildə isə ölkə başçısının sərəncamı ilə Z.Qurbanov ADAU-ya rektor təyin olundu.

Elə ADAU-nun “QARA günlər”i bundan sonra başladı. Qısa olaraq məlumat verəkki, 2025-ci ilin əvvəlindən etibarən universitet daxilindən şikayətlərin nəticəsi olaraq  artıq aprel ayının doqquzundan universitetdə Maliyyə nazirliyi tərəfindən yoxlamalar aparılır. Əldə etdiyimiz məlumatlardan məlub olub ki, ADAU-nun maddi texniki bazası talan-viran olub. Hətta məmur gözü necə azğınlaşıb ki, Heydər Əliyev Fondunun , tələbələrın zəngin təcrübə alması üçün quraşdırdılğı suvarma sistemi belə sökülərək satılıb ya harasa aparılıb. İzin itməsi üçün isə həmin əraziyə ağac əkilib. Burada bir atalar sözü xatırladım.Qoyun gördünmü? Heç qığısınıda görmədim.

Mehriban Əzizqızı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi