Heyli :“Biz dəstəklədiyimiz dövlətlərin bizə qarşı çıxacağını gözləmirdik”-BMT Baş Assambleyası toplanır

Heyli :“Biz dəstəklədiyimiz dövlətlərin bizə qarşı çıxacağını gözləmirdik”-BMT Baş Assambleyası toplanır 

BMT-nin Baş Assambleyasının dekabrın 21-nə planlaşdırılan təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarını müzakirə ediləcək.

Faktinfo.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, iclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə keçiriləcək.

Bir qədər əvvəl Təhlükəsizlik Şurasının Vaşinqtonun addımını qınayan və 14 üzv ölkənin dəstəyini qazanan qətnaməsinə Birləşmiş Ştatların veto qoymasından sonra Fələstin bu məsələ üzrə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini xahiş edib.

Müşahidəçilər qeyd edirlər ki, qətnamə layihəsində Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi barədə qərar qəbul edən ABŞ prezidentinin adı çəkilmir, sadəcə “Qüdsün statusu ilə bağlı dərin məyusluq” ifadə olunur.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli öz növbəsində Baş Assambleyanın sessiyasının çağırılmasına kəskin reaksiya verib. “Dekabrın 21-də seçimimizi qınayan səsvermə keçiriləcək. ABŞ adları yadda saxlayacaq”, – deyə o, Twitter səhifəsində qeyd edib.

ABŞ-ın müttəfiqləri olan Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Ukrayna da BMT Təhlükəsizlik Şurasının iclasında qətnamənin lehinə səs verib. Bununla əlaqədar Heyli Twitter səhifəsində yazıb: “Biz Amerika vətəndaşlarının istəyi əsasında səfirliyimizin harada yerləşdirilməsi barədə qərar qəbul edəndə dəstəklədiyimiz dövlətlərin bizə qarşı çıxacağını gözləmirdik”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi