Hillari Klinton Trampı Hitlerlə müqayisə etdi - "Onun qələbəsi Amerikanın sonu olacaq"

Hillari Klinton Trampı Hitlerlə müqayisə etdi - "Onun qələbəsi Amerikanın sonu olacaq" 

ABŞ-ın keçmiş dövlət katibi Hilari Klinton keçmiş Prezident Donald Trampın 2024-cü il seçkilərində mümkün qələbəsindən danışarkən Adolf Hitlerlə bənzərtmə aparıb.

AzPolitika.info Qərb mətbuatına istinadla xəbər verir.

Klinton Trampın seçilməsinin “ölkənin sonu” olacağını deyib.

“İnsanlar legitim şəkildə seçilə bilər, sonra da seçkiləri ləğv etməyə, müxalifəti, azad mətbuatı ləğv etməyə cəhd edə bilərlər. Bunu ölkələrdə görmək olar... Baxın, Hitler lazımi şəkildə seçilmişdi. Və birdən belə meylləri olan biri – diktator, avtoritar birisi – deyəcək: “Bunu bağlayacağıq, bu insanları həbs edəcəyik”. Tramp bizə nə etmək istədiyini deyir. Onun sözünü anlayın. Bu adam onunla razılaşmayan insanları həbsə atacaq, qanuni medianı bağlayacaq, qanunun aliliyinə xələl gətirmək üçün əlindən gələni edəcək”, - Klinton Trampın qələbəsi ehtimalından danışarkən deyib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi