Hülya Avşar böhrandan danışdı: Smit yeyərik!..

Hülya Avşar böhrandan danışdı: Smit yeyərik!.. 

Lazım gəlsə, smit yeyəcəyik, amma bu günləri geridə qoyacağıq.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli aktrisa, müğənni Hülva Avşar jurnalistin sualına cavabında deyib.

“İqtisadi böhranın hər kəs və hər təbəqəyə təsiri olur. Bu günlərə görə bir az fərqli həyat tərzi müəyyən etməyimiz gərəkdir. Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Bu gündən belə smit yeyəcəyik? Lazım gəlsə, yeyərik. Bu günlər asanlıqla geridə qalacaq. Bir az bu işi fərdi olaraq həll etməliyik”, - deyə sənətçi bildirib.

Qeyd edək ki, Türkiyədə lirənin dollar qarşısında kəskin dəyər itirməsindən sonra ölkədə xüsusən ərzaq malları və xidmət sahələrində bahalaşma nəzərə çarpır. Ekspertlər inflyasiyanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi