
Hüquq müdafiəçisi: “AQTA ətə “çernil”li möhür vurur, qaynadanda ətin suyu göy rəngə çevrilir”
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir. Mənə bir neçə rayonda deyiblər, hətta göstəriblər ki, bu möhür üçün kimyəvi məhluldan (“çernil”) istifadə olunur. Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur. Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır”.
Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O bildirib ki, qaynadanda hətta həmin ətin suyu göy rəngə çevrilir: “Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır. Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi, yaxşı olardı”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın