Hüquq müdafiəçisi Qənirə Ataşovanın müdafiəsinə qalxdı-

Hüquq müdafiəçisi Qənirə Ataşovanın müdafiəsinə qalxdı- 

Milli Məclisin sabiq deputatı, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə ABŞ-da yaşayan telejurnalist Qənirə Ataşovanın müdafiəsinə qalxıb.

Faktinfo.az xəbər verir ki,Hüquq müdafiəçisi Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Qənirə Ataşovanın açıqladığı siyahıda həkimlərin sayı artıq 100-ü keçib:


"Onların araşdırılması hüquq-mühafizə orqanlarının və Səhiyyə Nazirliyinin üzərinə düşür. Hesab edirəm ki, bu olduqca ciddi faktdır. Söhbət bir həkimdən getmir. Onlarla, yüzlərlə həkimin qeyri-qanuni yolla ixtisasa yiyələnməsindən gedir. Həmin həkimlər ixtisaslarına uyğun olmayan fəaliyyətlərlə məşğuldurlar. Bütün bunlar araşdırılmalıdır. Ordan-burdan saxta sənəd almaqla insanları əməliyyat edə bilmək təkcə bir nəfərə qarşı deyil, Azərbaycan xalqına qarşı  terrordur. 100 həkimin hər biri gün ərzində 1-2 xəstə əməliyyat edirsə, bu yüzlərlə insan deməkdir".


Çingiz Qənizadə qeyd edib ki, bu cür həkimlərin fəaliyyətinə birdəfəlik qadağa qoyulmalıdır:



"Səhiyyə Nazirliyi bununla bağlı açıqlama verməlidir. İnsanlar bilməlidir ki, siyahıda adı çəkilən adamların indiki statusu nədir. 


Eyni zamanda hüquq-mühafizə orqanları sağlamlığını, həyatını itirən insanlarla bağlı araşdırma aparmalıdır. Sosial şəbəkələrdə düşdükləri vəziyyətlə bağlı açıqlama verənlər var. Birdəfəlik bu cür həkimlərin fəaliyyətinə qadağa qoyulmalıdır. Özəl klinikalarda yuva salmış dırnaqarası həkimlər bizim ləyaqətli, peşəkar, həkimlərimizin də fəaliyyətini kölgə altına salır. 


Bütün mətbuat orqanları, QHT-lər Qənirə xanıma dəstək verməlidir. Onun üzərinə hücum edənlərin qarşısı alınmalıdır. Biz haqqın harada olduğunu anlamaq üçün araşdırma aparılmasını istədiyimizi bildirməliyik. Bu günlərdə Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu olaraq Səidə Qocamanlı, Saədət Bənənyarlı, Novella Cəfəroğlu və mən bununla bağlı bəyanat imzalayaraq hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyini lazımi açıqlamalar üçün tədbirlər görməyə çağıracağıq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi