İbrahim Cəfərovun DOSYESİ

İbrahim Cəfərovun DOSYESİ 

Xəbər verdiyimiz ki, bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib.

Pravda.az İbrahim Cəfərov barədə məlumatları təqdim edir.

 

İbrahim Həsən oğlu Cəfərov 20 yanvar 1956-ci ildə Naxçıvanın Şərur rayonu  Düdəngə kəndində anadan olub.

 

O, 1980–1985-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitki mühafizəsi fakültəsində təhsil alıb. 1985–1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası Fitopatologiya kafedrasının əyani aspirantı olub. İ.Cəfərova 13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.

 

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsini alıb.

 

2000–2013-cü illərdə 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının, sonra isə 38 saylı Nizami ikinci (Gəncə) Dairə Seçki Komissiyasının sədri olub.

 

Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

2016-cı ildən Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professorudur.

 

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir. Bu əsərlərdən 43-ü xaricdə, 13-ü Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilib. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2-dir.

 

İbrahim Cəfərov 25 iyul 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdu. O, bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.

 

O, Prezidentin 6 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə ADAU-nun rektoru vəzifəsindən azad edildi.

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər