İcbari Tibbi Sığorta Dövlət Agentliyi

İcbari Tibbi Sığorta Dövlət Agentliyi 3,6 mln manatlıq tenderə yekun vurub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi immunobioloji dərman vasitələrinin (1), eləcə də tibb müəssisələri üçün spesifik dərman vasitələrinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Referans Pharmaceuticals” MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 1 milyon 500,8 min manat və 2 milyon 101,3 min manat, ümumilikdə 3 milyon 602,1 min manat ödəniləcək./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi