İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən açıqlama:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən açıqlama: Hörmətli media nümayəndələri...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 03 fevral 2023-cü il tarixində saytların yayımladığı və Faktinfo.az saytının da istinadla verdiyi “İcbari Tibbi Sığorta sistemindəki HƏRC-MƏRCLİK – Kimdir haqlı, həkim, yoxsa xəstə?” başlıqlı məqaləyə cavab olaraq rəsmi açıqlama göndərib.

Açıqlamanı təqdim edirik:

Məqalədə  həkimlərin əməkhaqlarının və bonuslarının aşağı olması qeyd olunur. Bununla bağlı qeyd etmək istərdik ki, tibbi işçilərinə işin nəticələrinə görə (həkim tərəfindən aparılan müayinə və müalicə) verilən həvəsləndirici əlavələr icra edilən tibbi xidmətin tarifinə görə dəyişir. Bu icra edilən tibbi prosedurun mürəkkəbliyindən və tarifindən asılıdır. Məsələn nümunə ilə qeyd edək. Cərrahi ixtisaslar üzrə çalışan həkimin icra etdiyi ən ucuz əməliyyatın tarifi 10 manat, ən bahalı əməliyyatın tarifi isə 24 000 manatdır. Cərrahi ixtisas üzrə çalışan həkim göstərdiyi tibbi xidmətin tarifinin 15%-i həcmində işin nəticəsinə görə həvəsləndirici əlavə alır. Bu o deməkdir ki, cərrahi ixtisas üzrə çalışan həkimin tibbi xidmətin tarifinə uyğun olaraq aldığı həvəsləndirici əlavənin minimum məbləği 1 manat 50 qəpik, maksimum isə 3600 manatdır. Nəzərə alsaq ki, cərrah bir ay ərzində ortalama olaraq müxtəlif tarifli 20-25 əməliyyat edir, onda aylıq həvəsləndirici əlavənin (bonus) kifayət qədər yüksək məbləğ təşkil edəcəyini ehtimal etmək olar.

Nümunə: Vahid Tarif Cədvəli üzrə aylıq maaş (415-528 manat arası dəyişir)+ 800 manat sabit həvəsləndirici əlavə+ işin nəticələrinə görə əlavə + işin nəticələrinə görə əlavəyə tibb müəssisəsinin qrup və kateqoriyalarına uyğun olaraq 1.2-1,5 intervalında əmsallar tətbiq edilir. 415+800+(1500x1.5)=3465.

Bundan əlavə, ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın   6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr (fasiləsiz əmək stajına, gecə vaxtı yerinə yetirilən işə, əmək şəraitinin xüsusiyyətlərinə görə və digər əlavələr) hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Onkoloji xəstəliklərin Xidmətlər Zərfinə daxil edilməməsi ilə bağlı qeyd edək ki, “Onkoloji yardım haqqında” Qanuna əsasən, onkoloji xəstələrə tibbi yardım Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Məlumat üçün bildirək ki, bir sıra xoşxassəli törəmələrin müayinə və müalicəsi Xidmətlər Zərfinə daxildir. Məsələn, miomektomiya, prostatektomiya və s. Bununla belə, 2550 sayda tibbi xidməti əhatə edən Xidmətlər Zərfinə 700 tibbi xidmətin də əlavə olunması təklif olunub. Buraya  limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatla yanaşıbəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması da daxildir. Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb.

Tibb müəssisələrində yaranan növbələrlə bağlı bildirmək istərdik ki, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur. Buraya həm ambulans xidməti, həm də dövlət  tibb müəssisələrində fəaliyyət göstərən təcili tibbi yardım şöbələri daxildir. Bundan başqa, şəhid ailə üzvləri və qazilərə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində növbədənkənar xidmət göstərilir.  

 Bildiyiniz kimi, vətəndaşlar birbaşa olaraq qeydiyyat və yaşadıqları yerdən asılı olmayaraq istənilən dövlət tibb müəssisələrində ixtisaslı həkimə müraciət edirlər. Yəni artıq yaşadıqları və qeydiyyatda olduqları yer üzrə poliklinikalarda fəaliyyət göstərən ailə həkimlərinə müraciət zərurəti aradan qaldırılmışdır. Bu səbəbdən planlı xidmət üçün tibb müəssisələrinə müraciət edənlərin sayı çoxalıb. Bu da hazırda bəzi tibb müəssisələrində müəyyən qədər növbələrin yaranmasına səbəb olur. Hazırda növbələrin tənzimlənməsi məqsədilə “e-tabib” tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi istiqamətində işlər aparılır. Sistem aktivləşdirildikdən sonra tibb müəssisələrində növbələrin qarşısı alınmasının alınması travmatoloji əməliyyatla yanaşıbəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması da daxildir. Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb.

Tibb müəssisələrində yaranan növbələrlə bağlı bildirmək istərdik ki, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur. Buraya həm ambulans xidməti, həm də dövlət  tibb müəssisələrində fəaliyyət göstərən təcili tibbi yardım şöbələri daxildir. Bundan başqa, şəhid ailə üzvləri və qazilərə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində növbədənkənar xidmət göstərilir.  

Bildiyiniz kimi, vətəndaşlar birbaşa olaraq qeydiyyat və yaşadıqları yerdən asılı olmayaraq istənilən dövlət tibb müəssisələrində ixtisaslı həkimə müraciət edirlər. Yəni artıq yaşadıqları və qeydiyyatda olduqları yer üzrə poliklinikalarda fəaliyyət göstərən ailə həkimlərinə müraciət zərurəti aradan qaldırılmışdır. Bu səbəbdən planlı xidmət üçün tibb müəssisələrinə müraciət edənlərin sayı çoxalıb. Bu da hazırda bəzi tibb müəssisələrində müəyyən qədər növbələrin yaranmasına səbəb olur. Hazırda növbələrin tənzimlənməsi məqsədilə “e-tabib” tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi istiqamətində işlər aparılır. Sistem aktivləşdirildikdən sonra tibb müəssisələrində növbələrin qarşısı alınmasının alınması planlaşdırılıb.

Eyni zamanda qeyd edək ki, sığortaolunanlara tibbi xidmət gözləmə müddəti ərzində həyata keçirilir:

  • İxtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
  • İnstrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
  • Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.                            

Göndərişin verilməsi ilə bağlı qeyd edək ki, sənədin verilməsi ödənişsizdir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində vətəndaşdan göndəriş vərəqəsinin verilməsi ilə bağlı ödəniş tələb olunubsa, bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçisi barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-in [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya https://its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.

 Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi