İcra başçısı səyyar qəbul keçirdib

İcra başçısı səyyar qəbul keçirdib - FOTOLAR

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xucbala kənd inzibati ərazi dairəsinin Digah kəndində vətəndaşların səyyar qəbulunu keçirdib.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və aidiyyəti şəxslər Birinci Qarabağ Müharibəsi şəhidi Həmzəyev Fərhad Zümrəddin oğlunun Digah kənd tam orta məktəbinin qabağında büstünün önünə gül dəstələri düzüblər.

Qəbulda rayon Polis şöbəsinin rəisi, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə Digah kənd sakinlərinə ətraflı məlumat verib,vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.

Faktinfo.az



İcra başçısı səyyar qəbul keçirdibİcra başçısı səyyar qəbul keçirdibİcra başçısı səyyar qəbul keçirdibİcra başçısı səyyar qəbul keçirdibİcra başçısı səyyar qəbul keçirdibİcra başçısı səyyar qəbul keçirdibİcra başçısı səyyar qəbul keçirdibİcra başçısı səyyar qəbul keçirdib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi