
İcra başçısı xanım müavinini vəzifədən azad etdi - FOTO
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aliyə Osmanova vəzifəsindən azad edilib.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Cavid Əbdul-Qədirov sərəncam imzalayıb.
Qeyd edək ki, A.Osmanova ötən ilin mayında bu vəzifəyə təyin olunub. O, bu təyinatdan əvvəl Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini, daha əvvəllər isə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor, Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim vəzifələrində çalışıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın