İcra başçısı Ziyəddin Əliyev aztəminatlı ailələrə problem yaşadıb

İcra başçısı Ziyəddin Əliyev aztəminatlı ailələrə problem yaşadıb - İTTİHAM

Adı hər zaman xarici ölkələrdəki milyonlarla qiymətə malik sahibkarlıq müəssisələri ilə mətbuatın gündəmində olan Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevin başı bu dəfə başqa dərdə düçar olub.

2019 cu ildə DOST-iş MMC tərəfindən aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün rayona ayrılan ictimai iş yerlərinin bir hissəsini mənimsəyən Ziyəddin Əliyevin bu əməlləri Baş Prakurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılır.

Qeyd edək ki, 2019 cu ildə ictimai işlər üçün rayona 525 yerlik kvota ayrılıb.Əvvəl bu yerlərin 300 -ü rayonun müxtəlif ərazi dairələri üzrə bölüşdürülüb.200- dən artıq kart isə 5 ay müddətində nəğdılaşdırılaraq mənimsənilib.

Ötən ilin Yanvar-Fevral –Mart –Aprel və May aylarında DOST-iş MMC tərəfindən Quba rayonuna ayrılan 525 iş yerinin 200 -dən çoxunun əmək haqqı kartları vətəndaşların adına rəsmiləşdirilsə də, vətəndaşların bu iş yerlərindən nə də əmək haqqından xəbərləri olmayıb.Yanvar ayının 13- də Azərbaycan prezidenti yanında keçirilən müşavirədə ölkə başçısının bu istiqamətdə yol verilən qanun pozuntuları barədə çıxışından dərhal sonra icra başçısı Ziyəddin Əliyev iclas keçirərək adları həmin iş yerlərində rəsmiyyətdə olan 200- dən çox şəxsin müqaviləsinə xitam verib.

Daha sonra həmin kvota yenidən bölüşdürülüb. Amma bu bölgü zamanı rayonda bir sıra xoşagəlməz hallar yaşanıb,sakinlər bu barədə hüquq mühafizə orqanlarına yazılı müraciət edib.Vətəndaşların müraciətlərindən sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən operativ araşdırmalara başlanılıb.

XalqXeber.Az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi