İdlibdə gərgin döyüşlər gedir

İdlibdə gərgin döyüşlər gedir –Müxaliflər Serakibi geri aldı

Suriyada Türkiyənin dəstəklədiyi müxalifət və Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələr arasında şiddətli döyüşlər davam edir.

“Reuters” xəbər verir ki, müxalif qüvvələr İdlib bölgəsinin Serakib şəhərini hökumət qüvvələrindən geri alıblar.

Məlumata görə, nəticədə strateji önəm daşıyan M5 yolu yenidən kəsilib.

Bundan başqa, Rusiyanın ağır bombardımanı altında Neyrab kəndini yenidən ələ keçirmək üçün rejim qüvvələri istəklərinə çata bilməyib. Ötən gün axşam Neyrabı nəzarətə alan müxaliflər rejim qüvvələrinin xeyli üzvünü zərərsizləşdirib.

Xatırladaq ki, fevralın 6-da Əsəd ordusu Rusiya və İrana bağlı qüvvələrin dəstəyi ilə Serakib şəhərini ələ keçirmişdi/Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi