İlham Rəhimov:

İlham Rəhimov: "Tam səmimi sözümdür, həmin müraciət mənim üçün deputat mandatından qat-qat üstündür"

Doğrusu, həmin müraciəti mən Moskvada olanda eşitdim. Tovuzlular çox yaxşı bilir ki, mən imkan daxilində insanlara dəstək verməyə çalışmışam.

Təbii ki, hamıya kömək etmək mümkün deyil. Ola bilsin ki, nə zamansa kimlərəsə əlimiz çatmayıb və bizdən inciyənlərin olması da təbiidir. Amma mən həmişə təkcə tovuzlulara yox, çoxlarına kömək etmişəm və etməyə çalışmışam.

Faktinfo.az  xəbər verir ki, bu sözləri tanınmış professor İlham Rəhimov Moderator.az-a geniş müsahibəsində Tovuz ziyalılarının onun deputat seçkilərinə qatılması üçün yaydığı müraciətə münasibət bildirərkən deyib.

İ.Rəhimov qeyd edib ki, təkcə həmin müraciətə imza atanlara deyil, bütün tovuzlulara minnətdarlığını bildirir:

“Onlara çox səmimi “sağ ol” deyirəm. Namizəd olsam da, olmasam da, namizəd olub seçilsəm də, seçilməsəm də, tovuzlulara münasibətim necədir, o cür də qalacaq. Tam səmimi sözümdür, həmin müraciət mənim üçün deputat mandatından qat-qat üstündür. O cür ürəkdən gələn səmimi münasibət mənə bəsdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi