"İllərdir su üzünə həsrətik"-

"İllərdir su üzünə həsrətik"- Azərsu" ASC-dən şikayət

Sumqayıt şəhəri 9-cu mk/rayon, ev 10/27 daxil olmaqla mikrayon ərazisində illərdir sakinlər su üzünə həsrətdilər.Bu fikirləri Azərsu" ASC-dən şikayət edən şikayət edən Məmmədkərimov İlkin İlqar oğlu Faktinfo.az saytına göndərdiyi şikayət məktubunda bildirir.

Şikayəti olduğu kimi təqdim edirik:

Salam sizə şikayətim Azərsudandır. Deməli yaşadığımız Sumqayıt şəhəri 9-cu mk/rayon, ev 10/27 daxil bütün mikrayon ərazisində illərdir biz daxil bütün mikrorayon sakinləri su üzünə həsrətdilər. 9-cu mk/rayondan başqa bütün şəhərdə fasiləsiz su gəlir.

Sumqayıtda 9-cu mk/rayon Sumqayıtın ən böyük mərkəzi ərazisi olduğu halda bizdə suyu guya qrafiklə səhər saat 06:00-dan 10:00-dək təzyiqlə birdə axşam saat 18:00-dan 22:00-dək təzyiqlə verməli olduqları halda heç qrafiklə belə normal su gəlmir gün ərzində isə ümumiyyətlə su olmur. Dəfələrlə Sumqayıt Sukanal İdarəsinə zəng edib şikayət etdikdə gah təzyiq aşağıdır, gah qəza var düzəldəcəklər, gahda indi bildirərik suyu verərlər deyib yola verirlər.

Nədənsə 9-cu mk/rayonun "Təzyiq problemi", "Qəza problemi" illərdir bitmir. Azərsu-nun 955 saylı call center-nə şikayət etdikdə isə operatorlar hər dəfə şikayəti qeydə alıb yönləndirdiklərini bildirirlər dəyişən heçnə yoxdur. Normal ölkələrdə kommunal xidmətləri bir neçə şirkət əhaliyə göstərir və bu şirkətlərin arasında güclü rəqabət olur nəticədə sakinlər ucuz qiymətə keyfiyyətli və fasiləsiz xidmət görürlər bizdə isə hər zaman kommunal xidmətləri bir şirkət göstərir ona görədə Azərsu kimi fantastik qiymətə əhaliyə su satmağı azmış kimi illərdir içməli adı altında çirkli su, paytaxt Bakı daxil bütün ölkə ərazisinini isə fasiləsiz su ilə təmin edə bilmirlər.

Üstəlik indiyədək Bakı və Abşeronun əksər əraziləri daxil bütün bölgələrə su xətləri çəkilməyib maraqlıdır ki, heç bir iş görüb xərc çəkməyən Azərsu illərdir maliyyə hesabatlarında dövlətdən pul almaq üçün guya zərərlə işlədiyini göstərir. Bütün bu problemlərin kökündə isə bütün sahələrdə olduğu kimi monopoliya dayanır. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi