İmişlidə qruplar arası savaş qızışıb –

İmişlidə qruplar arası savaş qızışıb – Saleh Səmədov İcra başçısı ola biləcəkmi?

İmişli rayonunda bir qrup məmur hazırkı İcra başçısı Vilyam Hacıyevə qarşı birləşib, artıq qruplararası savaş qızışıb.

Faktinfo.az-a verilən məlumata görə, 10-dan çox idarə müdiri rayon İcra Hakimiyyətinin başçısı olmaq istəyən və bu yolda iddiasını belə gizlətməyən, dəfələrlə Vilyam Hacıyevlə kəllə-kəlləyə gələn Saleh Səmədovun ətrafında birləşib. Vilyam Hacıyevə qarşı bir neçə qruplaşma mövcud olsa da,onların sırasında daha güclü və iqtisadi imkanları geniş olan Saleh Səmədov hesab edilir. Bu onunla izah olunur ki, aralarında yaranan münaqişə zəminində Vilyam Hacıyev Saleh Səmədovun rəhbəri olduğu,ancaq bir müddət əvvəl ləğv edilmiş Standartlaşdırma Metreologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli Regional İdarəsini Saatlı rayonuna köçürtdürsə də, bir neçə ay sonra Saleh Səmədov  regional idarəni İmişli rayonuna qaytartdıra bilmişdi.Komitənin sabiq sədri,Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun yaxın adamlarından hesab olunan Saleh Səmədov İmişlidə nar bağlarına, heyvandarlıq fermalarına, 50 hektarlarla torpaq sahələrinə, balıq vətəgələrinə, restoran və kafelərə, daş karxanalarına və s. sahib olduğu da bildirilir. Hətta, İmişli şəhərinin mərkəzindən keçən kollektorun üstündə bina ucaltdırmağı bacaran bu şəxsin uzun müddət İmişli rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə müavini işlədiyi də qeyd olunur.

Faktinfo.az-a verilən məlumatda o da bildirilir ki, S.Səmədov V.Hacıyevin mövqelərinin zəiflədiyini, onun rayona rəhbərlilyinin sona yaxınlaşdığını müəyyənləşdirdiyindən daha da aktivləşib. Hətta,o İmişli rayonunda imkanlarına görə, seçilən digər söz sahibi Bəhramtəpə Hidroqovşağının rəisi Mirqoca Mirişovun ətrafında olan bir neçə şəxsi də tərəfinə çəkə bilib. Artıq onun iqtisadi imkanlarının İmişlidə “Titanik” ləqəbi ilə məşhur olan Hacı Tofiq Əfəndiyevdən qat-qat üstün olduğu, Hacının dostu “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti İdarəsinin rəisi Şükür Aslanovu belə tərəfinə çəkdiyi vurğulanır.

Mənbənin Faktinfo.az-a verdiyi məlumatda o da qeyd olunur ki, son 20 ildə İmişlidə kök salmış bir neçə qruplaşmanın  istəyinə uyğun rayonu yönəltmək, arzusunda olduqları vəziyyəti diqtə etmək planları da doğrulmayıb. Belə ki, rayonda mövcud olan hər üç qruplaşma üzvündən heç kim  İcra Hakimiyyətinin başçısı təyin edilməyib.

Bu dəfə də həmin hal təkrar oluna bilər.Belə ki, əslən İmişli rayonundan olan Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov indi də İmişli rayon İcra Hakimiyyətinin başçısı təyin oluna bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi