İmran Xan yenidən meydanda: - Pakistanda durum dəyişir

İmran Xan yenidən meydanda: - Pakistanda durum dəyişir 

Keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) deputatlarının istefaları Milli Assambleyanın sədri Raca Pərviz Əşrəf tərəfindən qəbul edildikdən sonra aralıq seçkilərinə qərar verilib.

Seçki Komissiyası martın 16-da Milli Assambleyada 33 yer üçün təkrar seçkilərin keçiriləcəyini açıqlayıb.

PTI-dan boş qalan yerlər üçün əlavə seçki tarixlərinin gələn həftə açıqlanması gözlənilir.

Xan 2022-ci ilin aprelində istefaya göndərildikdən sonra PTI-nin 123 deputatı Milli Assambleyadan istefa vermək qərarına gəlib. 2022-ci il iyulunda 11 deputatın istefası qəbul edilib, qalan deputatların istefaları isə Milli Məclisin sədri tərəfindən təsdiqlənməyib.

İmran Xan keçən həftə Baş nazir Şahbaz Şərifə qarşı etimad səsverməsi hazırladığını elan etdikdən sonra Milli Məclis sədri yanvarın 17-də 34, ayın 20-də 35, 24-də isə 43 deputatın istefasını qəbul edib.

İmran Xan dünən keçmiş prezident və Pakistan Xalq Partiyasının (PXP) sədri Asif Əli Zərdarinin ona sui-qəsd etməyə hazırlaşdığı iddiasını irəli sürüb. Sabiq baş nazir Zərdarinin onu öldürməsi üçün terrorçular tutulduğunu deyib./teleqraf.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi