İmtahan sualları əvvəlcədən göndərilibmiş -

İmtahan sualları əvvəlcədən göndərilibmiş - İDDİA

“Təhsil Nazirliyinin dünən keçirdiyi Müəllimlərin İşə Qəbulu imtahanında Riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara müəllif - ekspert tərəfindən göndərilməsi barədə çoxsaylı müraciətlər var”.

Pravda.az-ın xəbərinə görə, bunu təhsil eksperti Kamran Əsədov deyib.

“Əgər həqiqətən də bu fakt təsdiqini taparsa, böyük tərbiyəsizlik, səriştəsizlik, bacarıqsızlıq nümunəsi olacaq. Həqiqətən də, bir sual belə, öncədən göndərilibsə, sizə söz verirəm, bütün təşkilatçıların, o özü özünü yoxlamağa gələn də daxil olmaqla, istefasını təmin edəcəyəm. Kiminsə taleyi ilə oynamaq hüquqları yoxdur” – K.Əsədov əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər