“İnanın bizə, betəri hələ qabaqdadır, gəlin bu faciənin qarşısını alaq...”

“İnanın bizə, betəri hələ qabaqdadır, gəlin bu faciənin qarşısını alaq...” - DÜNYA SƏHİYYƏ TƏŞKİLATININ RƏHBƏRİ

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri, son günlər ABŞ və bəzi qərb ölkələri tərəfindən koronavirus pandemiyasının qarşısının alınması üçün yetərli iş görməməkdə və hətta virusun yayılması barədə vaxtında xəbərdarlıq etməməkdə günahlandırılan Tedros Adhanom Gebreyesus həyacan təbili çalır.

“Politico” nəşri xəbər verir ki, ÜST rəhbəri Cenevrədən növbəti bəyanatla çıxış edərək bəzi ölkələrin karantin tədbirlərini məhdudlaşdırmağa başlaması nəticəsində pandemiyanın yenidən vüsət alacağı haqda xəbərdrlıq edib. Doktor Gebreyesus bildirib ki, betəri hələ qabaqdadır.

ÜST rəhbəri koronavirus pandemiyasının nə zaman daha geniş vüsət alacağını dəqiqləşdirməyib. Son rəqəmlərə görə dünyada virusa 2.6 milyona yaxın adam yoluxub, 170 minə yaxın adam ölüb. Bəzi mütəxəssislər qeyd edirlər ki, xəstəlik səhiyyə sisteminin inkişaf etmədiyi Afrikada daha sürətlə və geniş yayıla bilər.

Tedros Gebreyesus koronavirus barədə danışarkən  1918-ci ildə yayılmış “ispan qripi”ni xatırladıb. “Bu çox təhlükəli patogendir və 1918-ci ildə ispan qripi epidemiyası dövründə olduğu kimi yayılır”,-o Cenevrədə reportyorlara bildirib.

“Lakin indi bizim texnologiyalarımız var, biz bu fəalkətin qarşısını ala bilərik, bu cür böhranının qarşısını ala bilərik. İnanın bizə. Betəri hələ qabaqdadır. Gəlin bu faciənin qarşısını alaq. Bir çox adamlar hələ də başa düşə bilmir ki, bu nə virusdur”,-o bildirib.

Xatırladaq ki, İtaliya, İspaniya və Almaniya kimi ölkələr koronavirusa görə tətbiq etdikləri karantin rejimini tədricən yumşaltmağa başlayıblar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi