İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Serbiyada keçirilən elmmetriya üzrə sertifikasiya proqramında iştirak edib

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Serbiyada keçirilən elmmetriya üzrə sertifikasiya proqramında iştirak edib - FOTOLAR

Faktinfo.az xəbər verir ki,ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi Nərmin Adıgözəlova Serbiya Respublikasının Belqrad şəhərində keçirilən “Elmmetriya üzrə Sertifikasiya Proqramı”nda iştirak edib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Clarivate” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq təlimdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında elmmetriya istiqaməti üzrə fəaliyyət göstərən bir qrup əməkdaş iştirak edib. Proqramın əsas məqsədi iştirakçıların elmi fəaliyyətin müasir qiymətləndirmə mexanizmləri, beynəlxalq elmi məlumat bazaları və analitik alətlərdən səmərəli istifadə üzrə peşəkar bacarıqlarının inkişaf etdirilməsi olub.

Beş gün davam edən proqram çərçivəsində iştirakçılara beynəlxalq elmi kommunikasiya, elmmetrik təhlil, elmi fəaliyyətin monitorinqi və müəssisələrin akademik göstəricilərinin qiymətləndirilməsi istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.

Təlimlər zamanı “Web of Science”, “InCites”, “Journal Citation Reports”, “EndNote”, “ProQuest Central”, “Research Horizon Navigator” və “Research Assistant” platforma və alətlərinin elmi fəaliyyətin qiymətləndirilməsi və elmmetrik təhlillərin aparılması prosesində tətbiqi izah edilib. İştirakçılar hər bir mövzu üzrə praktiki tapşırıqlar yerinə yetirmək imkanı qazanıblar.

Proqramın sonunda iştirakçılara “Clarivate” şirkəti tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Serbiyada keçirilən elmmetriya üzrə sertifikasiya proqramında iştirak edibİnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Serbiyada keçirilən elmmetriya üzrə sertifikasiya proqramında iştirak edibİnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Serbiyada keçirilən elmmetriya üzrə sertifikasiya proqramında iştirak edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər