İngilislərin gücü Cahangirin arvadına çatır - Navalnıdan şok

İngilislərin gücü Cahangirin arvadına çatır - Navalnıdan şok 

Rusiyalı müxalifətçi Aleksey Navalnı Qərbin rəsmi Moskvaya qarşı sanksiyalarının hədəfinə çatmadığını və ABŞ və Birləşmiş Krallığın (Böyük Britaniya) “çirkli pullar” probleminin həllində maraqlı olmadığını bildirib.

 Musavat.com xəbər verir ki, Navalnı tətbiq olunan iqtisadi məhdudiyyətləri “xaotik”, “anlaşılmaz” adlandıraraq Rusiyanı ram etməyin əsas yolunu Putinə yaxın oliqarxlara zərbə vumaqdan keçdiyini söyləyib.

“Aleksey Navalnı Böyük Britaniyanın Sergey Skripal zəhərləndikdən sonra Rusiya pullarına qarşı apardığı mübarizənin nüfuzlu lobbiçilər və hüquqşünasların sayəsində heçə endiyini iddia edir”, - deyə “Faynənşl Tayms” (“Financial Times”) qəzeti yazıb.

Bundan başqa, rusiyalı müxalifətçi ABŞ-ın oliqarx Oleq Deripaskanın şirkətləri üzərindən sanksiyaları götürməsini növbəti iflas kimi qələmə verib.

Aleksey Navalnı Ağ Evin elan etdiyi kimi, Rusiya əleyhinə hazırladığı “yeni cəhənnəm sanksiyaları”nı tənqid edib. O, rəsmi Vaşinqtonun investorlara Rusiyanın suveren borclarını almaq qadağası qoymasın, və ya dövlət banklarının “qara siyahıya” salınmasının yalnız sıravi vətəndaşlara zərər gətirəcəyini, Kremlə isə heç bir ziyanın olmayacağını deyib.

“Amerikalılar dövləti deyil, siyasi oliqarxları cəzalandırsın. Bütün bunlar kağız eşələməkdən başqa bir şey deyil”, - deyə A. Navalnı qəzetə müsahibəsinə vurğulayıb.

Navalnı Kremlə, yəni prezidentə yaxın iş adamları sayılan Arkadi Rotenberq, Gennadi Timçenko, habelə Viktor Vekselberqin V.Putinin “yumşaq gücü” olduğunu, lakin onların hələ də xaricdə sərbəst şəkildə şəkildə dolaşdığına diqqət çəkib.

Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə fondun hesablamalarına əsasən təkcə Londona ildə 90 milyard dollardan çox rus pulu axır.

“Lakin Böyük Britaniyanın və onun Cinayətkarlığa qarşı milli agentliyinin gücü həbsdə olan Azərbaycan bankirinin arvadına və ya Moldovanın indi məhkumluq həyatı yaşayan keçmiş baş nazirinin oğluna çatır”, - deyə müxalif siyasətçi bildirib.

“Böyük Britaniyada heç nə baş vermir. Çünki onların acgöz hüquqşçünasları illərdir Rusiyanın oğurluq pulları ilə dolanırlar. Elə parlament deputatlarının da əllərindən bir şey gəlmir. Ona görə ki, Böyük Britaniya çirkli pulları sevdiyi üçün idarə olunur”, - deyə A.Navalnı sonda qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi