İqtisadiyyat Nazirliyinin bir səlahiyyəti alındı, yeni Agentliyə verildi –Hökumətdən qərar

İqtisadiyyat Nazirliyinin bir səlahiyyəti alındı, yeni Agentliyə verildi –Hökumətdən qərar 

“Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunur.

Dəyişikliyə görə, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Bundan əlavə, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnamə”də edilən dəyişikliyə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi də İqtisadiyyat Nazirliyindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi